duzaq (tələ, tor)

* a decoy duck приманка / ловушка
duza qoymaq
duzlu qələm
OBASTAN VİKİ
Tələ
Tələ (film, 1990)
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tələ (1990)
Filmdəki gərgin hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən iki gənc-Tural (Vüqar Mədətov) və Günel (Tamilla Quliyeva) də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır: əllərində partladıcı olan ekstremistlər, partlayışın göyə qalxan alovu, partlayış nəticəsində həlak olmuş bir neçə nəfər quldur, quldurları aparan, nişanı silinmiş vertolyot. Tural əmindir ki, videomaterial cinayətkarların ifşasına kömək edəcəkdir. Bundan xəbər tutan düşmənlər bu arzuolunmaz şahidi aradan götürməyi qərara alırlar... Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.
Tələ (şahmat)
Tələ — Şahmat termini Rəqibin uduş güman etdiyi, əslində isə səhv olan gediş.
Tələ effekti
Tələ effekti – bir məhsulu ondan daha bahalısı olanı görənə qədər almamaqla xarakterizə olunan effekt. Williams-Sonomo şirkəti ilk çörək bişirmə aparatını satışa çıxarmışdı. Lakin bu cihazı heç kim almamışfı. 300 dollarlıq qiyməti ilə bir çox adam "Çörək bişirən aparata kim 300 dollar verər?" deyə düşünmüşdür. Buna görə də şirkət 1 aparat belə sata bilməmişdi. Bu hadisələrdən sonra şirkət qərara gəldi ki aparatın satışını dayandırsınlar və bütün mallarını geri çağırdılar. Sonra isə səbəbin nə olduğunu anlamaq üçün bir marketinq məsləhətçisinin yanına getdilər. Bütün məsələni danışdıqdan sonra məsləhətçi "Yeni, daha böyük bir çörək bişirmə aparatı hazırlayın və 450 dollara satın" dedi. İlk öncə şirkət rəsmiləri bu fikir ilə lağ etdilər. Lakin məsləhətçi öz fikrini şirkətə bir yol ilə qəbul etdirdi.
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Tor (mifologiya)
Tor (ing. Thor, q.skan. Þórr) — German-skandinav mifologiyasında tufan-ildırım tanrısı, Odinin oğlu. Qədim skandinav dilində Þórr, Qədim ingilis dilində ðunor, Qədim alman dilində Donar, Qədim sakson dilində thunar, Qədim friz dilində thuner kimi tanınır, hamısı proto-alman þunraz 'tufan' sözündən götürülmüşdür. Həftənin 4-cü günü (ing. Thursday, alm. Donnerstag) Torun şərəfinə adlandırılıb. Tor Asqardda yaşayan aslardan biri idi. Onun başlıca vəzifəsi Midqardda yaşayan insanları nəhəng pəhləvanlardan və bədheybətlərdən qorumaq idi. Tor iri cüssəli, sarışın, kürən saqqallı və kifayət qədər mülayim xasiyyətli tanrı idi.
Tor (personaj)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor Heyerdal
Tur Heyerdal (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya,Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tor körpüləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor şəbəkəsi
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tor: Raqnarök
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor dağı
Tor Dağı — Kanadanın Baffin adasında dağ zirvəsi. Auyuittuk Milli Parkında, Pangnirtungdan 46 km. şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1675 m-dir. Torus Yer kürəsində ən böyük şaquli yamaca malikdir: hündürlüyü 1250 m. və orta bucağı 105 dərəcədir. Bu xüsusiyyətinə görə dağ məşhur alpinizm yeridir. Dağda kempinqə icazə verilir. Bir neçə təyin edilmiş düşərgə Akşayuk keçidində yerləşir. Tor dağına yüksəlmək istəyən alpinistlər üçün bazadan bir neçə km şimalda küləkdən qorunma və təcili sığınacaqları olan qurulmuş düşərgə var.
Tələ (film, 1990)
Filmdəki gərgin hadisələr Qarabağda baş verir. Bakı tələbələri buraya qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gəlirlər. Bir-birini sevən iki gənc-Tural (Vüqar Mədətov) və Günel (Tamilla Quliyeva) də onların arasındadır. Bir dəfə gecə onlar erməni quldurlarının uğursuz təxribatının şahidi olurlar. Tural imkan tapıb videokameranı işə salır və həmin qorxulu gecədə baş verən hadisələri lentə alır: əllərində partladıcı olan ekstremistlər, partlayışın göyə qalxan alovu, partlayış nəticəsində həlak olmuş bir neçə nəfər quldur, quldurları aparan, nişanı silinmiş vertolyot. Tural əmindir ki, videomaterial cinayətkarların ifşasına kömək edəcəkdir. Bundan xəbər tutan düşmənlər bu arzuolunmaz şahidi aradan götürməyi qərara alırlar... Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.
Altıyerli TOR aparatı
Tor (Marvel Comics)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor (Raket Kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Tor (film, 2011)
Tor (ing. Thor) – Marvel Studios tərəfindən istehsal olunmuş, eyniadlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 4-cü filmidir. Kennet Brananın rejissorluğu, Eşli Edvard Miller, Zak Stentsin və Don Peynin ssenaristlikləri ilə çəkilmiş filmin əsas rollarında Kris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene Russo və Entoni Hopkins çıxış edirlər. Filmdə Tor buz nəhənglərinə qarşı özbaşına müharibə başlatdığı üçün Asqarddan Yerə sürgün edilir, güclərindən və çəkici Myolnirdən məhrum edilir. Loki Asqard taxtını ələ keçirməyə cəhd edir, Tor isə Lokini dayandırıb taxta layiq olmağa çalışır. Tor üçün ilk film adaptasiyası konsepsiyasını 1991-ci ildə Sem Reymi inkişaf etdirmişdir, lakin tezliklə layihə tərk edilmiş, bir neçə il boyunca "inkişaf cəhənnəmi"ndə qalmışdır. Bu zaman ərzində filmin müəllif hüquqları müxtəlif studiyalarda olmuş, nəhayət 2006-cı ildə Marvel layihəni inkişaf etdirməsi üçün Mark Protoseviçlə müqavilə imzalamış və filmi Paramount vasitəsilə maliyyələşdirib buraxmağı planlaşdırmışdır. İlk buraxılış tarixi 2010-cu il olan filmin rejissorunun Mettyü Von olması planlaşdırılsa da, o, 2008-ci ildə layihədən ayrılmış, onu Brana əvəz etmiş, filmin yeni buraxılış tarixi 2011-ci il olmuşdur. Əsas personajları canlandıracaq şəxslər 2009-cu ildə seçilmiş, filmin çəkilişləri isə 2010-cu ilin yanvarından mayına kimi Kaliforniya və Nyu-Meksikoda baş tutmuşdur.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Tor Brauzer Bandl
Tor Brauzer Bandlı
Tor körpü releləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor: Qaranlıq dünya
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Tor: Raqnarok (film, 2017)
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor: Raqnarök (film musiqisi)
Thor: Ragnarok (Original Motion Picture Soundtrack) — 2017-ci ildə Marvel Studios tərəfindən çıxarılmış "Tor: Raqnarök" filminin Mark Mazersbo tərəfindən yazılmış film musiqiləri albomudur. Albom Hollywood Records tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fiziki olaraq çıxarılmışdır. 2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir. YouTube-dakı “Every Frame a Painting” kanalında əvvəlki MKK filmlərinin musiqisini tənqid edən videodan ilhamlanan Mazersbo “Raqnarök”ün musiqisinin fərqlənməsinə çalışmışdır. Film musiqiləri “Abbey Road Studios”da yazılmışdır. Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır. Mazersbo "Devo” qrupunun musiqilərində olduğu kimi sintezator klaviaturası və orkestr musiqisini birləşdirmişdir. Patrik Doylun “Tor”, Brayan Taylerin “Tor: Qaranlıq dünya” və “Qisasçılar: Altron dövrü”, Co Harnellin “İnanılmaz Halk” filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur. Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Tayka Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir. Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fziki olaraq çıxarılmışdır.